Daxil ol

B1 · Dərs 3

als və wenn: «-anda» iki cür

Keçmişdə bir dəfə və hər dəfə olan hadisəni düzgün ifadə etməyi öyrənəcəksən.

Bizdə bir şəkilçi, almancada iki söz

Azərbaycanca «-anda» keçmişdə iki mənada işlənir: bir dəfə olan hadisə və təkrarlanan hadisə. Almancada bunlar ayrı sözlərdir: bir dəfə → als, hər dəfə → wenn.

İngiliscə bilənlər üçün: İngiliscədə ikisi də «when»-dir. Almancada keçmişdə bir dəfə «als», qalan hallarda «wenn».

Rusca bilənlər üçün: Rus dilində də ikisi «когда»-dır. Almancada seçmək lazımdır: als (keçmişdə bir dəfə), wenn (hər dəfə və indiki zaman).

  • Als ich in Berlin war, habe ich viel gelernt.
    Berlində olanda çox şey öyrəndim.
  • Wenn ich nach Berlin fuhr, besuchte ich meine Tante.
    Berlinə gedəndə (hər dəfə) xalamgilə baş çəkirdim.

als: keçmişdə bir dəfə

Bir dəfə olan hadisə və ya həyatın bir dövrü üçün: Als ich klein war, ... (Mən balaca olanda...). Feil budaq cümlənin sonuna gedir, sonra əsas cümlənin feili gəlir: Als ich klein war, wohnten wir in Gəncə.

  • Als ich klein war, wohnten wir in Gəncə.
    Mən balaca olanda Gəncədə yaşayırdıq.

wenn: hər dəfə və indiki zaman

Təkrarlanan keçmiş hadisə (immer wenn = hər dəfə ... -anda) və indiki və ya gələcək zaman üçün həmişə wenn: Wenn ich Zeit habe, lese ich.

Bizim dillə müqayisə: Özünə sual ver: «Neçə dəfə?» Bir dəfədirsə və keçmişdirsə, als. Qalan bütün hallarda wenn.

  • Immer wenn es regnete, blieben wir zu Hause.
    Hər dəfə yağış yağanda evdə qalırdıq.