Məxfilik və istifadə şərtləri
Son yenilənmə: 14 oktyabr 2026
Hansı məlumatları saxlayırıq
- Hesab: Google ilə girəndə adın və e-poçt ünvanın, Google-un verdiyi hesab identifikatoru. PIN ilə girəndə istifadəçi adın və PIN-in şifrələnmiş (hash) forması.
- Öyrənmə irəliləməsi: hansı sözləri öyrəndiyin, təkrar tarixləri, gündəlik XP, məşq vaxtı, seçdiyin gündəlik hədəf və xatırlatma saatı.
- Bildirişlər: Telegram botunu özün qoşsan, Telegram çat nömrən. Bildirişləri profildən söndürə bilərsən.
Google hesabından başqa heç nə (kontaktlar, Drive, Gmail məktubları və s.) istəmirik və görmürük.
Nə üçün istifadə edirik
Yalnız tətbiqin işləməsi üçün: səni tanımaq, irəliləməni cihazlar arasında saxlamaq və istəsən təkrar vaxtını xatırlatmaq. Məlumatlar satılmır, reklam üçün istifadə olunmur və üçüncü tərəflərə verilmir.
Harada saxlanılır
Məlumatlar Avropada yerləşən serverimizdə saxlanılır. Sayt Cloudflare vasitəsilə açılır. Brauzerdə yalnız giriş sessiyası üçün bir çərəz (cookie) və tətbiqin öz ayarları saxlanılır, izləmə və reklam çərəzi yoxdur.
Tələffüz məşqində mikrofon yalnız sən düyməni basanda işə düşür. Danışığı brauzerin öz nitq tanıma xidməti mətnə çevirir, səs yazısını biz saxlamırıq.
Hesabın silinməsi
Hesabını və bütün irəliləməni silmək istəsən, [email protected] ünvanına yaz, 7 gün ərzində silinir.
İstifadə şərtləri
- Tətbiq hazırda pulsuzdur. Gələcəkdə ödənişli plan əlavə olunsa, əvvəlcədən xəbər veriləcək və heç kimin irəliləməsi itməyəcək.
- Materiallar öyrənmək üçündür, rəsmi imtahan nəticəsinə zəmanət vermir.
- Açıq mənbə məlumatları (Wiktionary, OpenSubtitles tezlik siyahısı) öz lisenziyaları ilə istifadə olunur, mənbələr tətbiqin profil bölməsində göstərilir.
- Hesabdan sui-istifadə olunarsa, hesab bağlana bilər.